Biz necə işləyirik?

Biz kimik və nə təklif edirik? 

B2BASK.AZ  –  Azərbaycan və MDB ölkələrinin sahibkarları və şirkətləri üçün yaradılmış  - Vahid Elektron Ticarət Platformasıdır. Bu səbəbdən platforma azərbaycan və rus dillərində yaradılıb. Yaxın gələcəkdə platformanın türk və ingilis dilində yaradılması planlaşdırılır. 

Bizim platforma - yerli və xarici şirkət və sahibkarların idxal və ixrac əməliyyatlarının dəstəklənməsi, MDB ölkələri arasında beynəlxalq ticarətin inkişafı, potensial alıcıların, partnyor və dilerlərin tapılmasına dəstək üçün yaradılıb.

 

Bizim üstünlüklərimiz

Şirkət və ya sahibkarlara şəxsi və ya korporativ internet mağazanın yaradılması təxminən 1000-3000 dollara başa gəlir. Belə internet mağazanın idarəolunması, texniki dəstək və reklam xərcləri ayda ən azı 3000-5000 dollar vəsait tələb edir. 

Bizim platfromada isə məhsulların yerləşdirilməsi və satışının təşkili şirkət və sahibkarlardan 30-200 AZN məbləğində aylıq xərc tələb edir (şirkətdən və məhsul sayından asılı olaraq). Üstəlik bu satışlar həm yerli, həmdə beynəlxalq bazarlarda həyata keçirilir.

İstənilən yerli və xarici şirkət və sahibkar öz məhsullarını bizim platfromada yerləşdirə bilər. Bunun üçün bizim əməkdaşlıq şərtləri ilə tanış olmaq, onları qəbul etmək və əməkdaşlıq müqaviləsi bağlamaq kifayətdir. Müqavilə offlayn və onlayn qaydada bağlana bilinər. 

 

Məhsulları platformada necə yerləşdirmək olar? 

Müqavilə bağlandığından sonra, satıcı şirkət və ya sahibkar aşağıda qeyd olunan məlumatları, materialları və sənədləri bizə təqdim etməlidir:

 -  Məhsulların keyfiyyətli şəkili  (ölçü 400 х 400, həcmi 100 kb qədər);

 -  Topdan və tövsiyyə olunan pərakəndə qiymətləri əks etdirən prays vərəqi;

 -  Satış həcmindən asılı olaraq təqdim edilən endirim cədvəli;

  - Məhsulların təsviri, texniki parametrləri, digər xüsusiyyətləri haqqında məlumat;

  - Tələb olunduqda videomateriallar, təqdimatlar və elektron kataloqlar;

  - Daşınma və ödəniş şərtləri;

  - Keyfiyyət və digər sertifikatların sürəti;

  - Şirkət haqqında məlumat, qeydiyyat sənədlərinin və VÖEN-in sürəti; 

  - Məhsullara aid açar sözlər;

  - Platforma və ya alıcı tərəfindən tələb olunan digər məlumat və materiallar.

Qeyd: Əgər şirkətinizin korporativ saytı və ya internet mağazası varsa bəzi məlumatları oradan götürmək (yükləmək) mümkündür.

 

Necə satmaq?

Şirkət və sahibkarlar məhsullarını aşağıda qeyd edilən qiymətlərlə yerləşdirə bilərlər:

    а)  topdan satış qiymətilə;

    b)  pərakəndə satış qiymətilə;

    c)  topdan satış və tövsiyyə olunan pərakəndə satış qiymətilə;

    d)  qiymət göstərilmədən - «Qiymət soruş» .

Hər bir halda satıcı ilə bağlanan  müqavilədə komissiyə haqqı və onun həcmi razılaşdırılır. Yalnız «ABUNƏ» paket istifadəçilərinə komissiya tətbiq olunmur və onlar rüblük, yarım illik və illik tarif ödəməklə öz məhsullarını və əlaqə məlumatlarını platformada pulsuz yerləşdirə bilərlər. Bu haqda  «Tariflər və paketlər» səhifəsində geniş izahat verilir.

Platforma əsasən B2B satışların həyata keçirilməsi üçün nəzərdə tutulsada, burada şirkət və sahibkarlar öz tövsiyyə etdikləri pərakəndə qiymətləridə yerləşdirə bilərlər. Bu onlara bazarda satışlarına və qiymət siyasətinə nəzərət etmək, məhsullarının vasitəçilər tərəfindən həddindən artıq baha satılmasının qarşısını almaq,  xırda alıcıların və istehlakçıların alış-verişlərini izləyərək istehlak qiymətlərini test etmək imkanı verəcək. 

 

Satış prosesi necə həyata keçirilir?

«ABUNƏ» paketi seçən şirkət və sahibkarların əlaqə məlumatları məhsulların təsvirində qeyd olunur. Alıcı, ətraflı məlumat almaq üçün bir-başa satıcı və ya istehsalçı şirkət ilə elektron poçt, Whatsapp və ya telefon vasitəsilə əlaqə yaratmaq imkanı əldə edir. Əgər tərəflər razılığa gəlsələr, onlar arasında müqavilə bağlanılır və müqavilədə bütün şərtlər əksini tapır (ödəniş və daşınma şərtləri, qiymətlər, zəmanət və geri qaytarılma). Platformanın rəhbərliyi belə müqavilələrdə tərəf kimi çıxış etmir və tərəflər şərtləri pozduqda, heç bir məsuliyyət daşımırlar. 

Alıcı, digər paketlər seçdikdə, satıcı şirkətlərin əlaqə məlumatları platformada yerləşdirilmir və alıcılara istisna hallarda verilə bilinər. Məhsulun sifarişi və alışı ilə bağlı istək və sorğu platformanın rəhbərliyinə daxil olur, o isə bu istək və sorğunu satıcıya yönləndirir. Tərəflər razılığa gəldikdə 2 və ya 3 tərəfli müqavilə bağlanır.   

Platformanın rəhbərliyi bu müqavilərdə tərəf kimi çıxış etmir (bəzi hallar istisna olmaqla) və əsasən vasitəçi (hər müqavilədən komissiya və ya razılaşdırımış məbləğ alır)  və köməkçi (ticarətin kreditləşməsində, hüquq və maliyyə xidmətlərinin göstərilməsində, sertifikasiya məsələlərində dəstək, zəmanətçi tərəf kimi çıxış etmək) rolunu oynayır.

Bu məqsədlə, tərəflərin biri ilə xidmət müqaviləsi bağlana bilər. 

 

Reklam xidmətlərimiz

Bizim platforma satıcılara əsas səhifədə reklam bannerləri yerləşdirməklə reklam xidmətləri təklif edir:

Reklam bannerləri vasitəsilə alıcılar bir-başa reklam yerləşdirən şirkətin korporativ saytına və ya internet mağazasına, bunlar olmadıqda isə platformada onlar üçün yaradılan məhsullar kataloquna keçid edə bilərlər. Reklamın aşağıda qeyd olunan yerlərdə yerləşdirilməsi mümkündür:

   1) Əsas slaydda;

   2) Reklam blokunda

   3) Ani açılan pəncərədə.

   4) Sponsor şirkətlər üçün - pulsuz reklamın yerləşdirilməsi mümkündür.

Bunun üçün şirkət «ABUNƏ» paketi seçməli və ən azı 3-5  və daha çox illərin illik ödənişin birdəfəlik ödəməlidi.

Reklamın yerləşdirilməsi ilə bağlı tariflərlə "Reklam yerləşdir" səhifəsində tanış olmaq olar.