Çatdırılma və ödəniş

  • Daşınma və logistika: Beynəlxalq idxal-ixrac əməliyyatları həyata keçirildikdə Alıcı və Satıcı arasında müqavilə bağlanır. Alıcı, bizim platforma vasitəsilə Satıcını tapır, onunla danışıqlar aparır və müqavilə bağlayır. Müqavilədə tərəflər arasında ödəniş və daşınma şərtləri aydın şəkildə əks olunur. Tərəflər idxal-ixrac əməliyyatı həyata keçirən zamanı üçüncü tərəfləri prosesə cəlb edə bilərlər - məsələn, nəqliyyat-daşınma şirkətini, gömrük-broker şirkətini, sığorta şirkətini. 

    Beynəlxalq ödəniş:  Ödəniş şərtləri tərəflər arasında müqavilədə öncədən qeyd edilir. Tərəflərə ödənişləri nağdsız şəkildə həyata keçirilmələri tövsiyyə olunur. Həmçinin, tərəflər akkreditiv hesabı açaraq, bu ödəniş növündən də istifadə edə bilərlər. 

    Qeyd: Bu tip əməliyyatlarda bizim platforma sifarişin qəbul olunması, qeydiyyata alınması funksiyalarını həyata keçirir. Lakin ödəniş qəbul etmir. Ödənişin şərti və forması tərəflər arasında bağlanan müqavilədə əksini tapır.  

    Məsuliyyət:  Bizim şirkət və platforma bu idxal-ixrac  əməliyyatının iştirakçısı olmadığı üçün daşınma və ödənişlə bağlı heç bir məsuliyyət daşımır. Yükün yoxlanılması və yüklənməsi, sənədlərin rəsmləşdirilməsi tərəflərin özləri və ya onların nümayəndələri tərəfindən həyata keçirilir.

    Tərəflər arasında yaranan mübahisəli hallar məhkəmə orqanlarında baxılır və öz həllini tapır.

  • Daşınma: İki yerli şirkət arasında topdan satış əməliyyatı olduğu halda, onlar arasında qanunun tələblərinə uyğun alqı-satqı müqaviləsi imzalanmalıdı. Bu müqavilədə tərəflər açıq aydın şəkildə daşınma və ödəniş şərtlərini və xərclərini əks etdirilər. Daşınma satıcı və ya alıcı tərəfindən yerli daşınma şirkətlərinin cəlb olunması ilə icra oluna bilinər. 

    Ödəniş: Ödəniş şərtləri tərəflər arasında alqı-satqı müqaviləsində qeyd olunur. Yerli qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında ödəniş nağdsız qaydada həyata keçirilməlidi  (hesab-faktura və elektron qaimə təqdim olunmaqla). 

    Qeyd: Bu tip əməliyyatlarda bizim platforma sifarişin qəbul olunması, qeydiyyata alınması funksiyalarını həyata keçirir. Lakin ödəniş qəbul etmir. Ödənişin şərti və forması tərəflər arasında bağlanan müqavilədə əksini tapır.  

    Məsuliyyət:  Bizim şirkət və platforma bu alqı-satqı əməliyyatının iştirakçısı olmadığı üçün daşınma və ödənişlə bağlı heç bir məsuliyyət daşımır. Tərəflər arasında yaranan mübahisəli hallar yerli məhkəmərdə baxılır və öz həllini tapır.

  • Çatdırılma:  Bizim platformada, məhsullarını platforma üzərindən pərakəndə qiymətlə və minimum sayla (1 ədəd) sifariş qəbul edən və  satmaq istəyən xarici şirkətlərin və satıcıların malları pərakəndə qiymətlərlə yerləşdiriləcək. 

    Belə sifarişlərin qəbulu və çatdırılması platforma tərəfindən həyata keçirilir. Sifarişlərin çatdırılması və ödənilməsi şərtləri alıcı ilə öncədən razılaşdırılır.

    Çatdırılma xərci: Belə məhsulların sifarişi zamanı bizim menecerlər alıcılara qeyd olunan ünvana çatdırılma xərcini dəqiq hesablayıb deyir, alıcı isə bu xərcləri öncədən malın dəyəri ilə birgə ödəyir. Beynəlxalq çatdırılma xərci  ölkədən, məsafədən, sifarişin həcmindən, nəqliyyat növündən asılıdır. Sifariş çox olduqda - çatdırılma xərci azala bilər. Minimal çatdırılma xərci - 5 ABŞ dolları təşkil edir.   

    Çatdırılma vaxtı: Çatdırılma vaxtı ölkədən, məsafədən, nəqliyyat növündən (məsələn,  avtomobil, dəmir yolu, hava nəqliyatı) asılı olaraq müxtəlif ola bilər. Minimum çatdırılma müddəti - 7 gün, maksimum isə - 45 gün təşkil edə bilər.

    Malın geri qaydarılması ilə bağlı xərclər: Alıcı məhsulu sifariş etdiyi və aldığı zaman çox diqqətli olmalıdır. Əgər malın geri qaytarılmasının səbəbkarı alıcı olarsa, o malın geri qaytarılması və dəyişdirilməsi ilə bağlı bütün xərcləri özü ödəyır. Əgər malın geri qaytarılmasının səbəbkarı satıcı və ya platforma olarsa, onda  məhsulun geri qaytarılması və dəyişdirilməsi ilə bağlı bütün xərcləri - ya satıcı, ya da platforma öz üzərinə götürür. 

    Ödəniş: Pərakəndə onlayn ticarətdə alıcı məhsulun dəyərini xüsusi bank ödəniş linki vasitəsilə - öncədən həyata keçirir. Məhsul, alıcı tərəfindən seçilib qeydiyyata alındıqdan sonra, Biz, məhsulun anbarda mövcudluğun yoxlayırıq. Əgər məhsul anbarda və təchizatçı da yoxdursa, alıcıya bu haqda məlumat göndərilir və sifariş ləğv edilir.

    Məhsul anbarda mövcud olduqda, alıcıya elektron poçt, Whatsapp və ya messencer üzərindən xüsusi bank ödəniş linki göndərilir və bank kartı vasitəsilə ödəniş etməsi xahiş olunur.

    Həmçinin, alıcı ödənişi birbaşa bizim bank hesabımıza, "Card-to-card" xidməti vasitəsilə bank kartımıza, elektron ödəniş sistemləri və ya "MilliOn""E-Manat" terminalları vasitəsilə  həyata keçirə bilərlər. Ödəniş edildikdən sonra, qəbzin sürətini və ya fotokopiyasını Bizə göndərməyiniz xahiş olunur.

    Xarici vətəndaşlar bizim platforma üzərindən sifariş etdikdə digər ödəniş vəsitələri istifadə oluna bilinər. Ödəniş icrası ilə bağlı məsələ xarici alıcı ilə bir-başa telefon və ya digər əlaqə vasitəsilə ilə müzakirə edilir. 

  • Çatdırılma: Yerli təchizatçıların, idxalçıların və istehsalçıların məhsullarının pərakəndə satışı zamanı Azərbaycanın hər bir regionuna çatdırılma - mümkündür.  Çatdırılmaya görə məsuliyyət platforma üzərinə düşür. Çatdırılma əsasən avtonəqliyyat, "AzərPoçt" (regionlara), əməkdaşlıq etdiyimiz kuryer-çatdırılma şirkətləri və öz kuryerlərimiz vasitəsilə həyata keçirilir (Bakı üzrə).  

    Bakı üzrə çatdırılma 10 kq qədər yüklər üçün  3-5 AZN, regionlara çatdırılma isə 5-10 AZN (məsafədən asılı olaraq) müəyyən edilir.  10 kq artıq olan yüklər üçün - qiymət öncədən alıcı ilə razılaşdırılır. Bəzi hallarda alıcı özü yükünü bizim anbardan götürə bilər.

    Ödəniş: Pərakəndə onlayn ticarətdə alıcı məhsulun dəyərini xüsusi bank ödəniş linki vasitəsilə - öncədən həyata keçirir. Məhsul, alıcı tərəfindən seçilib qeydiyyata alındıqdan sonra, Biz, məhsulun anbarda mövcudluğun yoxlayırıq. Əgər məhsul anbarda və təchizatçı da yoxdursa, alıcıya bu haqda məlumat göndərilir və sifariş ləğv edilir.

    Məhsul anbarda mövcud oduqda, alıcıya elektron poçt, Whatsapp və ya messencer üzərindən xüsusi bank ödəniş linki göndərilir və bank kartı vasitəsilə ödəniş etməsi xahiş olunur.

    Həmçinin, alıcı ödənişi birbaşa bizim bank hesabımıza, "Card-to-card" xidməti vasitəsilə bank kartımıza, elektron ödəniş sistemləri və ya "MilliOn", "E-Manat" terminalları vasitəsilə  həyata keçirə bilərlər. Ödəniş edildikdən sonra, qəbzin sürətini və ya fotokopiyasını Bizə göndərməyiniz xahiş olunur.