Beynəlxalq Ticarət və İnvestisiya Konfransında iştirak

Hörmətli sahibkarlar və şirkət rəhbərləri!

Çinin Huahe International şirkəti və Beynəlxalq İstehsalçılar, İxracatçılar və İdxalçılar Klubunun (Azərbaycan) təşkilati dəstəyi ilə 26 yanvar 2026-cı il tarixində Çin Xalq Respublikasının paytaxtı Pekində "Bir Kəmər, Bir Yol" Təşəbbüsü çərçivəsində "Yeni il - Xarici Bazarlara Yeni Giriş" Beynəlxalq Ticarət və İnvestisiya Konfransı keçiriləcək.

Konfransda iştirak etmək üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti də dəvət olunub. Bu səfərdə iştirak etmək istəyən şirkətlər aşağıda  qeyd olunan xanaları doldurub qeydiyyatdan keçə bilərlər

Aşağıdakı sahələrdə fəaliyyət göstərən şirkətlər konfransda iştirak etmək hüququna malikdirlər:

• Avtomobillər və Avtomobil Ehtiyat Hissələri

• Tikinti Materialları

• Müasir Kənd Təsərrüfatı

• İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT)

• Tibb və Səhiyyə

• Bərpa Olunan Enerji və Enerjiyə Qənaət

• Yüngül və Tekstil Sənayesi

• Maşınqayırma

Tədbirin Formatı:

• Rəsmi Konfrans

• B2B İşgüzar Görüşlər

• "Bir Kəmər, Bir Yol" Təşəbbüsü çərçivəsində "Xarici Bazarlara Giriş" Tematik Bazar Təhlili Konfransı

• Xarici Bazarlara Giriş üçün İnteqrasiya Edilmiş Xidmətlər üzrə Təlim Seminarı

• Dövlət Qurumları/Assosiasiyaları/Müəssisələrinin Nümayəndələri üçün İşgüzar Danışıqlar

• Çinli İnvestorlarla Görüşlər

• "Huahe Axşamı" - Şam yeməyi-Ziyafət

• Yerli Müəssisə Ziyarətləri - Tematik İşgüzar Danışıqlar

• Kiçik Sərgilər və Təqdimatlar

• Müqavilə İmzalama Mərasimi

Hər bir şirkət öz iştirak xərclərini (aviabilet, oteldə yerləşmə və yemək) ödəyir.

Təşkilatçı  transfer/nəqliyyat, tərcümə və Çin şirkətləri ilə B2B görüşlərin təşkili xidmətlərini pulsuz  təşkil edir. Konfrans haqqında daha çox məlumat üçün təqdimata baxın.

Xahiş edirik  iştirakınınz haqqında dəqiq qərar  verin və sonra qeydiyyatdan keçin. İştirak etmədikdə və fikrinizi dəyişəcəksinizsə qeydiyyatdan keçməyin.

Xidmət haqqı- 100 AZN.

P.S.

Azərbaycanın ilk Milli B2B Elektron Ticarət Platformalarında (www.b2bask.az/www.b2bagro.az)  internet mağaza yaratmaq, şirkətinizi, xidmət və məhsullarınızı yerləşdirmək və Azərbaycanın hər bir yerində tanıtmaq üçün təklifimizin üstünlükləri ilə tanış olun: https://az.b2bask.ru/business-services

Ətraflı məlumat üçün +994554755728

 

Şirkətiniz haqqında məlumat