Əməkdaşlıq proqramları
ƏMƏKDAŞLIQ PROQRAMLARI: TƏHLİL VƏ TƏKLİFLƏR
Ümumi məlumat və təhlil
Hal-hazırdabütün dünya, o cümlədən Azərbaycan görünməyən və çox təhlükəli düşmənla üz-üzə qalıb. Bu düşmən – COVİD-19-du. Hər gün 30-40 nəfər vətəndaşımız həyatını itirir. Bununla yanaşı iqtisadiyyatın və sahibkarlığın inkişafında, insanların sosial təminatında da bir sıra problemlər yaranıb. Dövlət bu istiqamətdə nə qədər kömək etsə də hamını əhatə etmək mümkün deyil. Nəzərə olsaq ki, COVİD-19 hələ üzun müddət bizi təqib edəcək – vəziyyət heç də ürək açan deyil. Sahibkarlığın bir sıra istiqamətləri tam iflic vəziyyətindədi.
Lakin dünyada elə şirkətlər və elə fəaliyyət növləri var ki, hətta bu sərt karantin dövründə belə inkişaf etməyi və gəlirlərini artırmağı bacardılar.
Bunlar, Amerikanın “Amazon”, Çinin “Alibaba”, Rusiyanın “Wildbress” elektron ticarət platformalarıdı. Bu şirkətlər təmsil etdikləri ölkələrin sahibkarlarına xeyli dəstək olmağı bacardılar, yüksək gəlir əldə etdilər və əldə etməyi davam edirlər.
“Alibaba” şirkəti Çinin iqtisadiyyatında böyük sıçrayış elədi. Hesab edirəm ki, bu ölkənin (və demək olar ki, yüzlərlə digər ölkələrin) iqtisadi inkişafında Alibabanın böyük rolu olub.
Bəs Azərbaycanda vəziyyət necədi?
Təəsüflər olsun ki, bu gün Azərbaycanda sahibkarlara təsirli dəstəyi ola biləcək, insanlara isə əlavə qazanc gətirə biləcək - heç bir Elektron Ticarət Platforması yoxdur.
Deyəcəksiniz ki, bəs “AZEXPORT.AZ” portalı necə?
“AZEXPORT.AZ” portalının özünəməxsus bir biznes modeli mövcuddur. Bu Portal yalnız ixrac potensialı olan şirkətlərə dəstək göstərir və yerli məhsulları xarici bazarlarda tanıtmaq və sifarişlər qəbul etməkdə böyük və əvəzsiz rol oynayır.
Baxmayaraq ki, hal-hazırda Azərbaycanda 150 000-dən çox hüquqi şəxs və 800 000 yaxın fərdi sahibkar var - “AZEXPORT.AZ” portalında yalnız 1500 yerli təmsil olunur və onların bir qisminin məhsulları yox, bir qismində isə məhsul çeşidi çox azdır. İxrac prosesinin çətin olması, bir çox sənədlərin tələb olunması və digər tələblər minlərlə yerli sahibkar və şirkətə “AZEXPORT.AZ” portalında təmsil olunmağa və ixracatla məşğul olmağa imkan vermir.
Təəssüflər olsun ki, ölkənin ixrac potensialı, istehsal olunan məhsulların isə həcmi çox azdı. Həttda ölkənin məhsullara olan tələblərini belə ödəmək mümkün olmur və idxala ehtiyyac yaranır. Xaricdən gələn sifarişlər çox olsada (46 aya 3 000 000 000 dollara yaxın) – bu sifarişlər tam olaraq qarşılanmır və bəzi sifarişçilər əli boş qalır.
Həmçinin, “AZEXPORT.AZ” portalının B2C onlayn satışlarda və daxili elektron ticarətin inkişafında rolu çox azdır.
Biz nə təklif edirik?
Hal-hazırda Biz yeni layihənin icrasına başlamışıqvə bu layihə Azərbaycanda uğurlu alınarsa bunu bir çox ölkədə tətbiq etməyi düşünürük.Azərbaycan elektron ticarət sahəsində çox geridədi və əgər bu layihəni biz Azərbaycanda uğurla icra etsək, digər ölkələrdə bu layihəni daha asan icra etmək olacaq. Bir çox xarici ölkələrdə həm sahibkarlar, həm insanlar elektron ticarətin üstünlüyün çoxdan dəyərləndiriblər və ondan geniş istifadə edirlər.
İşimiz 3 mərhələdən ibarətdi:
1) Platformaların yaradılması və test rejimində istifadəyə verilməsi (hal-hazırda Platformalar hazırdı və gələn ildə də yeni proqram modulları əlavə olunacaq);
2) Şirkət və sahibkarların məhsullarını Platformada yerləşdirilməsi (hal hazırda biz bu işə başlamışıq və Sizidə bu prosesə qoşulmağa dəvət edirik);
3) Tanıtım və satışlar mərhələsi (bu işlər 2-ci mərhələdə başlayacaq və sonra daha da fəallaşdırılacaq).
2-ci mərhələnin icrası ilə bağlı Biz yeni “Əməkdaşlıq proqramına” başlayırıq. Qeyd edək ki, belə proqram “Amazon” və “Alibaba”platformalarında mövcud deyil.
-
ƏMƏKDAŞLIQ PROQRAMI
“Əməkdaşlıq proqramı” çərçivəsində özünə güvənən gənclər və şirkət əməkdaşları, şirkətlər və sahibkarlar, elektron ticarət ilə ciddi məşğul olmaq və bizneslərini qurmaq istəyən hər kəs iştirak edə bilər.
Kimlər iştirak edə və bəhrələnə bilər:
1. Şirkətlər, sahibkarlar və fermerlər
Şirkətlər (istehsalçılar, ticarət firmaları, xidmət sektoru, idxalçı, ixracatçı), fərdi sahibkarlar və fermerlər öz və ya digər sahibkar və şirkətlərin (dost və tanışları, partnyorları) məhsullarını bizim Platformada yerləşdirib – öz şirkətləri və məhsulları haqqında bazarı məlumatlandırmaq, tanıtım və reklam etmək və satışlar həyata keçirmək imkanı əldə edirlər. Bu da Sizə öz məhsullarınızı satmaq, həmdə digər dəvət etdiyiniz şirkətlərin qoşulmasından və ya satış dövriyyəsindən qazanmaq imkanı verəcəkdir.
2. Şirkətlərin marketinq və satış menecerləri, marketoloqları, marketinq direktorları
Bu vəzifələri icra edən əməkdaşların təmsil etdikləri şirkətlərin məhsullarını satmaq və ticarət dövriyyəsini artırmaq - əsas vəzifələridi. Siz buna görə yüksək əmək haqqı alırsınız və məsuliyyət daşıyırsınız. Əks halda nə karyera pilləsində qalxmaq, nə də işdə uzun müddət qalmaq ehtimalı olmayacaq.
Bizim əməkdaşlıq proqramına qoşularaq Siz, bir tərəfdən, şirkətlərinizin satışlarını artırırsınız, ikinci tərəfdən isə, özünüz üçün isə əlavə gəlir mənbəyi yaradırsınız. Bu gəlir bir müddətdən sonra mövcud əmək haqqınızın səviyyəsinə qədər artacaq və ya daha çox olacaq. Ən əsası isə Sizi işsizlikdən sığortalayacaq və davamlı gəlir mənbəyi formalaşdıracaq.
3. Marketinq və pazarlama şirkətləri, müstəqil marketoloqlar, sosial media sahibləri və agentlikləri
Özünə güvənən, peşəkar mütəxəssislər ilə zəngin bu qurumlar və digər fərdi peşəkarlar fəal şəkildə bizim əməkdaşlıq proqramının iştirakçısı ola bilərlər.
Şirkət nümayəndələri ilə B2B görüşlər keçirib, onları bizim platformaya cəlb edərək - Siz davamlı gəlir mənbəyi və yeni müştərilər əldə edə biləcəksiniz.
Bundan əlavə, Siz hər iki Platformada reklam yerləşdirmək istəyən şirkətləri dəvət edərək 20% komissiya qazanacaqsınız.
Elektron KİV-lər (məsələn, fed.az, trend.az, banker.az, fins.az, marja.az və digərləri) öz səhifələrində bizim banneri yerləşdirib, şirkət və sahibkarları dəvət edərək yeni gəlir mənbəyi əldə edə bilərlər.
4. Sahibkarların ictimai qurumları, assosiasiyalar, sahibkarlar klubları, ticarət palataları, sahibkarlara və ixraca dəstək edən digər qurumlar və şəxslər
Bu tip qurumlar daimi olaraq şirkət və sahibkarlarla əlaqəli işlədikləri üçün Siz üzvlərinizi, tanıdığınız şirkətləri bizim platformaya cəlb edərək öz maliyyə davamlığınızı və gəlirlərinizi təmin edə biləcəksiniz. Həmçinin, Siz öz üzvlərinizə yeni xidmət təklif edərək onların biznesinə dəstək nümayiş etmək imkanı əldə edirsiniz.
5. Elektron ticarət ilə məşğul olan və olmaq istəyən şəxslər, bizimlə fərdi biznesini qurmaq istəyən məsuliyyətli və bacarıqlı gənclər, geniş işgüzar əlaqəyə və kommunikasiya malik olan insanlar (istər ölkədə, istər xaricdə).
Bir çoxumuz əlavə gəlir qazanmaq üçün müxtəlif formalarda elektron ticarət ilə məşğul olmağa çalışırıq. Məsələn, fərdi qaydada yerli və ya xarici internet mağaza açaraq, dropşippinq fəaliyyəti ilə məşğul olaraq, Alibaba, Ebay, Amazon və digər platformaların imkanlarından və təkliflərindən bəhrələnərək. Sözsüz ki, bu tip fəaliyyətlərin öz müsbət və mənfi tərəfləri, üstünlükləri və çatışmamazlıqları var. Paypalın olmaması, çatdırılma ilə bağlı tez və keyfiyyətli çatdırılmaya olan ehtiyyac, satıcılara etibar, müxtəlif platformalarda və servislərdə qeydiyyatla bağlı problemlər, ban olmaq problemi və sairə.
Ən əsası isə odur ki, Siz başqa ölkələrin elektron ticarət platformalarını və başqa ölkələrin şirkətlərini və sahibkarlarını qazandırırsınız. Lakin bunun qarşılığında bəzən çox az qazanc əldə edirsiniz.
Bəli, bunun əsas səbəblərindən biri də ölkədə elektron ticarətin zəif inkişaf etməsi, nümunəvi və maraqlı vahid elektron ticarət platformalarının olmamasıdı.
Qeyd etdiyim bəzi problemləri aradan qaldırmaq, sahibkarlar və şirkətlər, əhali və qazanc əldə etmək insanlar arasında elektron ticarətə maraq artımaq üçün Biz belə bir layihənin icrasına başladıq. Sizdən də iştirak və dəstək gözləyirik.
Əməkdaşlıq proqramında fəal iştirak edən və yaxşı nəticələr göstərən şəxslər yaxın gələcəkdə həm bizim Azərbaycan ofisində, həmdə gələcəkdə xaricdə yaratdığımız ofislərdə işlə təmin olunacaqlar.
Bu proqramda iştirak edərək necə qazanmaq və bəhrələnmək olar?
Bəs Bizimlə əməkdaşlıq edərək necə qazanmaq olar? Öncə qeyd etdiyim kimi təklif etdiyim əməkdaşlıq proqramı “Amazon”-da, “Alibaba”da və digər platformalarda mövcud deyil. Hesab edirik ki, bu yenilikdi.
1. Şirkət və sahibkarları Platformaya cəlb etmək ilə (onların məhsullarının Platformada yerləşdirilməsi)
Bunu Siz müxtəlif üsullarla edə bilərsiniz:
- Şəxsi işgüzar və qohumluq əlaqələri, tanışlar;
- Sosial media (sosial şəbəkələr) vasitəsilə;
- Şirkətlərin rəhbərləri və marketinq menecerləri ilə B2B görüşlərin keçirilməsi;
- Email-marketinq, təkliflərin göndərilməsi;
- Telefon-marketinq;
- Təqdimatların keçirilməsi və sairə. Seçim Sizindi.
Qeyd edim ki, Platforma beynəlxalq olduğuna görə bura digər ölkələrdən də şirkət və sahibkarlar (əsasən MDB ölkələri, Türkiyə, Avropa, Çin və sairə) dəvət edə bilərsiniz.
Həmçinin, şirkətlərin reklamlarının yerləşdirilməsindən də, Siz, komissiya əldə edə biləcəksiniz (20%).
TARİFLƏR VƏ PAKETLƏR
Hal-hazırda Platformaya qoşulmaq üçün 2 əsas paket mövcuddur.
“ABUNƏ” PAKETİ
“Abunə” paketi haqqında məlumat:
Bu paket vasitəsilə qoşulmaq istəyən şirkət və sahibkarlar aşağıdakı məbləğdə aylıq abunə haqqları ödəməlidirlər:
1. Fərdi sahibkarlar – ayda 30 AZN. Abunə haqqının 3 ayı öncədən ödənilməlidir.
2. Kiçik müəssisələr – ayda 50 AZN. Abunə haqqının 3 ayı öncədən ödənilməlidir.
3. Orta müəssisələr – ayda 100 AZN. Abunə haqqının 6 ayı öncədən ödənilməlidir.
4. İri müəssisələr və holdinqlər – ayda 200 AZN. İllik abunə haqqı öncədən ödənilməlidir.
Bizim partnyorlar müvafiq olaraq fərdi sahibkarlar və kiçik müəssisələrə görə - 50 AZN, orta sahibkarlara görə - 100 AZN, iri şirkətlərə və holdinqlərə görə - 200 AZN məbləğində birdəfəlik komissiya qazanırlar. Bu komissiya digər illər ərzində də (şirkət növbəti ilin abunə haqqını ödədikdə) Sizə ödəniləcək.
Əgər il ərzində 50 böyük şirkət (yerli) cəlb etsəniz – gəliriniz 10 000 AZN olacaq və bu məbləği yuxarıda qeyd etdiyimiz kimi hər il əldə edəcəksiniz.
Qeyd etmək istərdim ki, xarici şirkətlərlər üçün abunə haqqı USD ilə hesablanır. Əgər cəlb etdiyiniz şirkət xarici şirkət olarsa onda – 10 000 USD qazanacaqsınız.
“Abunə” paketində Platformaya qoşulan şirkətlər məhsulun yerləşdirilməsi üçün ödəniş etmirlər və etdikləri satışdan Platformaya komissiya ödəmirlər.
Məsullarını Platformada yerləşdirən şirkətlər Platforma daxilində məhsulları ilə doldurulmuş şəxsi internet mağaza və ya məhsul vitrini əldə edirlər. Bu xidmət – PULSUZDUR.
“KOMİSSİYA” PAKETİ
“Komissiya” paketi haqqında məlumat:
Bu paket vasitəsilə qoşulmaq istəyən şirkət və sahibkarlar yerləşdirdikləri hər məhsula görə illik – 2 AZN ödəyirlər. Xarici şirkət və sahibkarlar isə - 2 USD.
Məsələn, 100 məhsul yerləşdirən yerli şirkət – 200 AZN, xarici şirkət isə – 200 USD.
Qeyd edək ki, 10-20 məhsul – PULSUZ yerləşdirilir.
Bundan əlavə şirkət və sahibkar Platforma üzərindən həyata keçirilən topdan satışlardan - maksimum 5%, pərakəndə satışlardan isə 10-20 % dərəcəsində (danışıqlardan asılı olaraq) Platformaya komissiya mükafatı ödəyir.
Gördüyünüz kimi, “Komissiya” paketində məhsulun yerləşdirilməsi üçün xırda ödəniş, həm də satışdan komissiya nəzərdə tutulub.
Bəs partnyorların gəliri nə olacaq?
Sizin gəliriniz dəvət etdiyiniz şirkətin və ya sahibkarın Platforma üzərindən həyata keçirdiyi satış dövriyyəsinin gəlir hissəsinin 20 % olacaq.
Məsələn, Sizin dəvət etdiyiniz A şirkəti ay ərzində 100 000 AZN həcmində topdan satış həyata keçirdi. Bunun 5 % (yəni 5000 AZN) Platformanın gəliri sayılır. Bu 5000 AZN-lik gəlirin 20 % (yəni 1000 AZN) – Sizin gəliriniz olacaq. Və 3 aydan bir 3 aylıq gəliriniz hesablanaraq Sizə ödəniləcək. Bu proses davamlı olacaq.
-
“ELEKTRON AQENT” PROQRAMI
“Elektron aqent” proqramı bizim aqentlərə Platforma üzərindən etdiyi satışlardan qazanc etmək imkanı yaradacaq.
Elektron aqentlər hər satdıqları məhsuldan (topdan və ya pərakəndə) daxil olan gəlirin 10 % -nı qazanc kimi əldə edir. Lakin bu “Komissiya” paketi ilə qoşulan şirkətlərin məhsullarına aid edilir.
“Abunə” paket ilə qoşulan şirkətlərin məhsulların bu proqrama qoşulması aşağıda qeyd olunan hallarda mümkündür:
- Əgər şirkət əvvəlki paketi dəyişib - “Komissiya” paketini seçərsə;
- Əgər şirkət paketi dəyişmədən bu proqrama qoşulmaq istərsə.
Məsələn, Siz ay ərzində A şirkətinin 100 000 AZN həcmində məhsulunun topdan satışını həyata keçirdiniz. Bunun 5 % (yəni 5000 AZN) Platformanın gəliri sayılır. Bu 5000 AZN-lik gəlirin 10 % (yəni 500 AZN) – Sizin gəliriniz olacaq. Və 3 aydan bir 3 aylıq gəliriniz Sizə ödəniləcək. Bu proses davamlı olacaq.
-
“KATEQORIYA MENECERI” PROQRAMI
Əgər Siz konkret olaraq hər hansı bir məhsulun və ya məhsul kateqoriyasının satışı ilə məşğul olmaq istəyirsinizsə (öncə bu məhsulların satışı ilə məşğul olmusunuz, geniş təchizatçı və alıcı bazanız var) onda bizim platformaların imkanlarından istifadə edə bilərsiz.
Məsələn, hal-hazırda və ya əvvəlki işinizdə Siz avtomobillərin ehtiyyat hissələrinin satışı ilə məşğul olmusuz. Geniş əlaqələrə maliksiniz və bu sahədə öz biznesinizi qurmaq istəyirsiz.
Və ya, Siz avtomobillərin ehtiyyat hissələrinin satışı ilə məşğul olan şirkət və ya mağazada işləyirsiz. Bu şirkətin və ya mağazanın məhsullarını Platforma üzərindən sataraq həm öz biznesinizi qurun, həm də şirkət və ya mağazanıza dəstək olun.
Bu iş Sizin üçün asan olsun deyə, Biz “Komissiya” paketi yaratdıq və məhsulun yerləşdirilməsinə üçün illik 2 AZN məbləğ təyin etdik.
Sizə, təqdim etdiyimiz Platformada seçdiyiniz məhsul kateqoriyasının meneceri kimi müstəqil fəaliyyətə və biznesə başlamaq imkanı veriləcək.
Siz, Platformada seçdiniz məhsul kateqoriyasında həm məhsulların yerləşdirilməsindən, həm satışından, həmdə çatdırılmasından qazanc əldə edəcəksiniz.
-
"REKLAM AQENTİ" PROQRAMI
Reklam və marketinq sahəsində təcrübəsi olanlar həmçinin reklam aqenti kimi də bizimlə əməkdaşlıq edə bilərlər.
Platformada şirkət və sahibkarların reklamlarını yerləşdirməklə, Siz cəlb olunan məbləğin 20 % qazanırsınız.
Bizdə bir neçə formada reklam mümkündür:
- Əsas slaydlarda reklam;
- Ani açılan pəncərədə reklam;
- Reklam blokunda reklam;
- Seçilmiş məhsulların birinci səhifədə yerləşdirilməsi.
-
“TƏCHİZATÇI” PROQRAMI
Bu proqramda şirkətlərin təchizat və satınalma şöbələrində işləyən əməkdaşlar iştirak edə bilər.
Şirkətinizə lazım olan məhsulları Platformadan sifariş etdiyinizdə, Siz hər alqı-satqı dövriyyəsinin gəlir hissəsindən 10 % mənfəət əldə edə biləcəksiniz.
Məsələn, Siz ay ərzində Platformadan 100 000 AZN həcmində məhsul sifariş etdiniz. Bunun 5 % (yəni 5000 AZN) Platformanın gəliri sayılır. Bu 5000 AZN-lik gəlirin 10 % (yəni 500 AZN) – Sizin gəliriniz olacaq. Və 3 aydan bir 3 aylıq gəliriniz Sizə ödəniləcək. Bu proses davamlı olacaq.
Layihə çərçivəsində gələcəkdə digər maraqlı proqramlarda həyata keçiriləcək.
Sual yarana bilinər: Bu mümkündürmü?
Biraz statistik məlumatlara nəzər yetirək.
Qeyd etdiyim kimi, AZEXPORT.AZ portalına 2017-2020-ci illər ərzində 5000 000 000 AZN (3000 000 000 USD) sifariş daxil olub. Burada təxminən 1500 yerli şirkətin məhsulu yerləşdirilib.
Məlumat üçün qeyd edim ki, Azərbaycanda 130 000 şirkət və 800 000 sahibkar mövcuddur. Əgər nəzərə alsaz ki, bizim platforma beynəlxalq platformadı və biz buraya xarici ölkələrində şirkətlərini dəvət etmək niyyətindəyik – başa düşmək olar ki, Bizim platformada AZEXPORT.AZ-dan fərqli olaraq daha çox şirkət və sahibkar təmsil olunacaq və bizim dövriyyənin daha çox olması mümkündür.
Bu Sizin bacarığınızdan və fəallığınızdan da asılıdır.
Əgər bu təkliflərlə bağlı istək və sualınız olarsa bizimlə əlaqə saxlayın
+994556182205 (Whatsapp).
Xahiş edirik işə ciddi yanaşanlar müraciət etsin.