P-Plast markalı Korige borular
![]() |
P-Plast markalı Korige boru Polymart MMC-də Qofralı borular polietilen xammalından AZS854-2015 (EN 13476-3+A1) standartının tələblərinə uyğun olaraq SN4 və SN8 halqa sərtliyində istehsal olunur. Boruların müştərinin tələbindən asılı olaraq DN100, DN150, DN200, DN250, DN300, DN400, DN500 diametrlərində və 6 metr uzunluğunda istehsalı mümkündür. Bu borular iki qatdan ibarətdir, üst qofralı hissə xarici fiziki yüklərə çox davamlı olur, daxili hamar hissə isə borularda suyun sərbəst axınını təmin edir. İstehsal standartlarına əsaslanan möhkəm, davamlı və asan montaj oluna bilən qofralı borular PE-dən hazırlandığı üçün istismar müddəti 50 ildən az olmur. Borular Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq sertifikatına malikdir. |