Əsas / Tikinti materialları (174) / Boyalar (42) / Boyalar - MEGA boyalar - FAB MEGA AQUA İPƏKMAT

Boyalar - MEGA boyalar - FAB MEGA AQUA İPƏKMAT

Рейтинг:
(0 голосов)

Boyalar - MEGA boyalar - FAB MEGA AQUA İPƏKMAT

Artikul:
FB0010
Yeni
Рейтинг:
(0 голосов)

Boyalar - MEGA boyalar - FAB MEGA AQUA İPƏKMAT

Artikul:
FB0010
Qiymət soruş
Количество:
Qiymət soruş
Parametrlər
İstehsalçı
İstehsalçı ölkə:
AZƏRBAYCAN
Çəki:
5 LT

MƏHSUL HAQQINDA:

Tək komponentli, su əsaslı, istifadəyə hazır, ipəkmat parket lakıdır

XÜSUSİYYƏTLƏRİ:

Yüksək fiziki və kimyəvi dayanıqlığa malik, taxtanın təbii rəngini və gorünüşünü qoruyan, saralmaz, qoxusuz, ekoloji təmiz, günəş işıqlarına qarşı dayanıqlı, tez quruyan, ipək mat parket lakıdır

TƏTBİQ SAHƏSİ:

Lak tətbiq ediləcək səthdə yapışdırıcının tam quruduğuna diqqət edilməlidir. Səth hər növ toz, yağ və kirdən təmizlənməlidir. Parket tam hamar olanadək sumbatalanmalı (100-120), araları və xarab yerləri talaşa və lak qarışığı və ya LİON TAXTA MƏCUNU (355) ilə doldurulmalıdır. Bundan sonra səth təkrar sumbatalanmalıdır (180-200). İdeal bir səth əldə etmək üçün daha incə sumbata kağızı (300-400) ilə sumbatalanması məsləhətdir. Sumbatalanma işi tamamlandıqdan sonra, tətbiq ediləcək səth tozdan təmizlənməlidir. Bundan sonra səthə MEGA AQUA ASTAR (446) tətbiq olunmalıdır.

TƏTBİQİ:

MEGA AQUA İPƏKMAT-ın temperaturu ilə, istifadə olunacaq mühitin temperaturu eyni olana qədər gözlənilməlidir. Laka qəti şəkildə su qatılmamalı və yaxşı qarışdırılmalıdır. Səthə 1 qat astar və ən az 2 qat MEGA AQUA İPƏKMAT tətbiq edilməlidir. Sıx hərəkətlilik olan yerlərdə və ideal bir görünüş istənilən səthlərdə 3 qat MEGA AQUA İPƏKMAT (447) tətbiq etmək məsləhətdir. MEGA AQUA ASTAR (446) tətbiq olunduqdan sonra, qurumadan (tam sərtləşmədən) və sumbata etmədən ən gec 2-3 saat ərzində MEGA AQUA İPƏKMAT-ın birinci qatı tətbiq edilməlidir. MEGA AQUA İPƏKMAT bir qat tətbiq edildikdən sonra 2-3 saat (mühitin temperaturundan asılı olaraq) gözlənilməli, daha sonra səth sumbatalanmalı (180-200) və tozdan təmizləndikdən sonra 2-ci qat tətbiq edilməlidir. Əgər MEGA AQUA İPƏKMAT (447) 3 qat tətbiq ediləcəksə 2-ci qatın tətbiqindən 2-3 saat sonra sumbatalanmalı (300-400), səth tozdan təmizlənməli və 3-cü qat tətbiq edilməlidir. MEGA AQUA İPƏKMAT DEKOR KADİFE RULO (1065) və ya fırça ilə tətbiq edilir. Alətlər istifadədən sonra su ilə təmizlənməlidir

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır

QURUMA VAXTI:

2-3 saat(25°C/65% H/R)

SƏRFİYYAT:

Tətbiq ediləcək səthdən və tətbiq edilən qatın qalınlığından asılı olaraq, tək qatda 100-120 gr/m² (8-10 m²/kg) sahə laklana bilər

Məhsul bu kateqoriyalardadı
İstehsalçı ölkə:
AZƏRBAYCAN
Çəki:
5 LT
Rəyinizi bildirin
Vacib xanaları doldurun *.

Geriyə