Boyalar - MEGA boyalar - FAB MEGA LAK
PARLAQ PARKET LAKI | |
MƏHSUL HAQQINDA: Xüsusi Modifiye Uretan alkid əsaslı, asan tətbiq edilə bilən, tək komponentli, yüksək keyfiyyətli parlaq parket lakıdır |
|
XÜSUSİYYƏTLƏRİ: Yüksək və qalıcı parlaqlığı, cızılmalara qarşı dayanıqlılığı (sərt və ağır əşyalar xaric), şəffaflığı və təbii görünüşü, saralmaya qarşı davamlılığı üstün xüsusiyyətlərindəndir. Parket döşəmə, plitə və mozaikaları yağ, çay, qəhvə, içki və s. kimi maddələrə qarşı qoruyur |
|
TƏTBİQİ: MEGALAK müxtəlif növ taxta, parket, plitə və mozaikaların kimyəvi və fiziki təsirlərdən qorunması və effektiv görünüş almaq məqsədi ilə istifadə edilir. Yaxşı nəticə əldə etmek üçün, laklanacaq səthlər toz, yağ və kirdən təmizlənməli, səth quru olmalıdır. Parketlər tam hamar olanadək sumbatalanmalı, araları və xarab yerləri talaşa və lak qarışığı və ya LİON AHŞAP MACUN ilə doldurulmalıdır. Plitə və mozaika səthlərin üstü mum təbəqəsindən yaxşıca təmizlənməlidir. Taxtanın uzun ömürlü olması üçün, səthə 1 və ya 2 qat (24 saat ara ilə) FAB MOBİTEX tətbiq edilməsi məsləhətdir. Hər qat tətbiq edildikdən 30 dəqiqə sonra əmilməyən artıqları tüksüz bir bez ilə silinməlidir və lazım olarsa səth quruduqdan sonra sumbatalanmalıdır.Düzgün səthin alınması üçün, MEGA SELÜLOZİK DOLGU VERNİK istifadəsi vacibdir. Təkrar yüngül sumbatalamadan sonra, səth sumbata tozlarından yaxşıca təmizlənməlidir. MEGALAK 20-30% FAB SİNTETİK TİNER ilə incəldilərək, qatlar arası 24 saat gözləməklə 2-3 qat şəklində, DEKOR KADİFE RULO və ya fırça ilə tətbiq edilir. MEGALAK tətbiq edildikdən 7 gün sonra fiziki və kimyəvi dayanıqlılıq qazanır. Alətlər istifadədən sonra FAB SİNTETİK TİNER ilə təmizlənməlidir |
|
İNCƏLDİLMƏSİ: MEGALAK 20-30% FAB SİNTETİK TİNER ilə incəldilməlidir |
|
QURUMA VAXTI: Toz quruması: 3-4 saat, sərt quruması: 24 saatdır. 7 gündə fiziki və kimyəvi dayanıqlıq qazanır (25°C/65% H/R) |
|
ALIŞMA DƏRƏCƏSİ: 37° C |
|
SƏRFİYYAT: Tətbiq ediləcək səthə tətbiq etmə qalınlığından asılı olaraq, 1 kq MEGALAK ilə, tək qatda 10-12 m² (100-130µ film qalılığında 30% incəldilmiş lak ilə) sahə laklana bilər |
|
QEYD: Tətbiq ediləcək səthlərin temperaturu +5°C ilə 30°C arası olmalıdır |
|
SAXLANMA MÜDDƏTİ: 2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə) |
|
XƏBƏRDARLIQ: R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir |
|
TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ: S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 45/46 Qəza baş verdikdə özünüzü piss hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır |
|
İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR: Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını göstərir. Uyğun həlledici istifadə edilmədikdə bulanıqlılıq və jelləşmə ola bilər. Yetərincə incəldilmədən qalın qat şəklində tətbiq edildikdə dib quruması olmaz və soyulmalar yarana bilər. Lakı çəkərkən yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlir. Soyuq və nəmli havada lak çəkildikdə südlü və ya mat şəklində görünür. Lakın qalın çəkilməsi, pis hava şəraiti, ətrafda həddindən artıq həlledici buxarın olması, birinci qat qurumadan ikinci qatın tətbiq edilməsi havada oksidləşmə ilə quruyan boya və laklarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səth qırışıq və korlanmış hal alır. Lakda olan həlledicilər yeni çəkilən lak təbəqəsinə təsir edərək onu həll edir. Səthə normadan artıq lak çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli və ya nəm olarsa lakın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutunun üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz |
|
SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR |