Əsas / Tikinti materialları (174) / Boyalar (42) / Boyalar - MEGA boyalar - FAB MEGA TUTKAL

Boyalar - MEGA boyalar - FAB MEGA TUTKAL

Рейтинг:
(0 голосов)

Boyalar - MEGA boyalar - FAB MEGA TUTKAL

Artikul:
FB0014
Yeni
Рейтинг:
(0 голосов)

Boyalar - MEGA boyalar - FAB MEGA TUTKAL

Artikul:
FB0014
Qiymət soruş
Количество:
Qiymət soruş
Parametrlər
İstehsalçı
Satıçı
AZƏRBAYCAN
Çəki:
10 KG
Taxta, kağız, örtmə və yapışdırma işlərində istifadə edilən, yüksək yapışma gücünə malik, homopolimer yapışdırıcı

MƏHSUL HAQQINDA:

Su əsaslı Poly Vinil Asetat (PVA) tərkibli, ümumi istifadə üçün yararlı, taxta, kağız, örtmə və yapışdırma işlərində istifadə edilən, yüksək yapışma gücünə malik, homopolimer yapışdırıcıdır
 

XÜSUSİYYƏTLƏRİ:

MEGA TUTKAL hər növ taxta, kağız, karton yapışdırılmasında və eləcə də mebel istehsalında istifadə olunur. Quruduqdan sonra şəffaf, möhkəm və elastik təbəqə yaradan, kiflənməyən, qoxusuz, yüksək yapışma gücünə malik yapışdırıcıdır
 

TƏTBİQİ:

MEGA TUTKAL tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənməlidir. Tutkal tətbiq olunacaq səthin quru olasına diqqət edilməlidir. Tutkal səthin kənarlarından daşacaq miqdarda sürtülməli, daşan hissələr dərhal nəmli bezlə silinməli, bir az gözlədikdən sonra yapışdırılmalıdır. Tutkal, səthə tətbiq edildikdən maksimum 5-10 dəqiqə sonra (məkan və səth temperaturundan asılı olaraq) yapışdırma işi görülməlidir. Hər istifadədən sonra qutunun ağzı tam bağlanmalıdır. Tutkal səthə fırça ilə tətbiq olunmalıdır. Paslı alətlər istifadə edilməməlidir. İstifadədən sonra alətlər su ilə təmizlənməlidir
 

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır
 

QURUMA VAXTI:

Tətbiq edilən təbəqənin qalınlığından və səthin növündən asılı olaraq, 30 dəqiqə ilə 2 saat arasıdır. Tam quruma 24 saatda tamamlanır (20°C/65% nisbi rütubətdə)
 

SƏRFİYYAT:

Tətbiq edilən təbəqənin qalınlığından və səthin növündən asılı olaraq 150-250qr/m2
 

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +5°C ilə+30°C arası olmalıdır
 

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin və kölgəli yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)
 

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

R 22 Udulması sağlığa zərərlidir. S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 24/25 Göz və dəri ilə təmas etdirməyin. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin
 

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddən artıq soyuq və ya isti şəraitdə saxlanıldığını göstərir. Daha əvvəlcədən laklı və ya sentetik boya istifadə edilmiş səthlərdə və ya özündən laklı taxtalarda yapışmada problem yaranır. Tətbik ediləcək taxta və ya səth tam olaraq quru deyilsə yapışma yaxşı olmaz. Tutkal istifadə edildikdən sonra, yapışdırrma üçün həddən artık gözlənilərsə (10 dəqiqədən cox) tutkal səthi qurumağa başladığı üçün, yaxşi yapışma olmaz. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz
 

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR
Məhsul bu kateqoriyalardadı
Satıçı
AZƏRBAYCAN
Çəki:
10 KG
Rəyinizi bildirin
Vacib xanaları doldurun *.

Geriyə