B2B PLATFORMALARDAN FAYDALANMAQ ÜÇÜN SEMİNAR

Hörmətli sahibkarlar, şirkət rəhbərləri və nümayəndələri ! 

Azərbaycanın ilk milli B2B elektron ticarət platformaları, şirkətinizi tanıtmaq, məhsullarınızı satmaq və xidmətlərinizə müştəri tapmaq üçün Sizə geniş imkanlar yaradacaq.

Platformalarımız üstünlükləri və imkanları haqqında məlumat almaq, platformalar üzərindən satışlar etmək və qazanmaq üçün bizim tədbir və seminarlarımıza qoşulun. Seminarlar bir-neçə formatda həyata keçiriləcək. Bu seminarlara qoşulmaq üçün istədiyiniz formatı seçin və platformalarda necə satmaq və qazanmaq imkanlarından faydalanın.

Seminarlarda və görüşlərdə müzakirə olunan mövzülar və məqamlar:

  • B2B Elektron ticarət platformaları və onların rolu haqqında ümumi məlumat
  • Milli B2B Platformaların üstünlükləri və imkanları
  • Milli B2B Platformaların mövcud və gələcək imkanları və funksionallığı
  • Məhsulların yerləşdirilməsi və tariflər haqqında məlumat
  • Şirkətlər və sahibkarlar üçün onlayn satışın təşkili qaydaları və şərtləri
  • İctimai qurumlar, işgüzar klublar, assosiasiyalar üçün maraqlı imkanlar və üzvlərinə yeni dəstək formaları
  • Təchizatçı şirkətlər və sahibkarlar üçün yeni satış kanalları və müştərilər tapmaq imkanı
  • Milli B2B Platformalarımızda qazanc əldə etmək və şəxsi biznes qurmaq üçün yollar və imkanlar
  • Xarici bazarlarda satış və tanıtım imkanları. Təchizat və tədarükçülər üçün məhsul bazası və elektron anbar 
  • İstehsalın genişlənməsi, idxal və ixracın maliyyələşdirilməsi, kreditlə və lizinqlə satışın təşkili üçün xüsusi servis və maliyyə resurslarına çıxış
                                
onlayn_seminar
Sizi, hər ay keçiriləcək onlayn seminarlarda iştirak etməyə və B2B platformalarımız haqqında geniş məlumat almağa dəvət edirik

 - onlayn seminarlar ZOOM və ya Google Meet servisləri                                 üzərindən aparılacaq; 
 - hər seminarda 10 - 15 nəfərin iştirakı nəzərdə tutulub; 
 - iştirak ödənişsizdir; 
 - onlayn seminarlarda iştirak etmək üçün "Qeydiyyat" düyməsini                 basın və onlayn anketi dolduraraq "Onlayn seminar" bölməsini seçin.
Qeydiyyat
b2b_meeting
Müxtəlif şirkətlərin istəyi və dəvəti ilə onların ofislərində B2B görüşlərin və təqdimatların keçirilməsi nəzərdə tutulub. Görüşlərdə B2B elektron ticarət platformaları haqqında  geniş təqdimat keçiriləcək:

- hər görüşdə 15-20 nəfərin iştirakı planlaşdırılır. İştirak -                              ödənişsizdir; 
- iştirakçı şirkətlər öz şirkətləri və məhsulları haqqında 5 dəqiqə                  ərzində  tanıtım təqdimatları keçirə biləcəklər; 
- istənilən şirkət belə B2B görüşlərin və təqdimatların təşkilatçısı ola          bilər. Görüşlər səhər və ya şam yeməyi formatındada ola bilər;
- B2B görüşlərdə iştirak etmək üçün "Qeydiyyat" düyməsini basın  və        onlayn anketi dolduraraq "B2B görüş və təqdimat" bölməsini seçin.
Qeydiyyat
b2b_company_director

Şirkətlərin və sahibkarların dəvəti ilə B2B Platformalar ilə bağlı görüşlərin və təqdimatların ofisinizdə satış komandanız qarşısında keçirilməsi mümkündür. Platformamızla tanışlıq və onun imkanları haqqında məlumat şirkətə yeni satış kanallarından faydalanmaq fürsəti yaradacaq. 

B2B platforma haqqında məlumat almaq üçün "Qeydiyyat" düyməsini basın və onlayn anketi dolduraraq "Şirkətlərə ziyarət/təqdimat" bölməsini seçin və ya +99450 4755728 nömrəsi ilə əlaqə yaradın.

Qeydiyyat