Kredit/Lizinq
Hörmətli sahibkarlar və şirkət rəhbərləri !
Yerli və xarici sahibkar və şirkətlərə maliyyə dəstəyinin göstərilməsi, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, satışın stimullaşdırılması və ticarət dövriyyəsinin artması məqsədi ilə 2022-ci ildən başlayaraq yerli və xarici banklar, qeyri-bank kredit təşkilatları, lizinq şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni maliyyə xidmətlərimiz təklif olunacaq:
Yerli və xarici banklarla əməkdaşlıq çərçivəsində, bizim platforma yerli və xarici sahibkar və fermerlərə, sənayə və istehsalat şirkət və müəssisələrə, idxal və ixrac şirkətlərinə ticarətin və idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi məqsədi ilə "Onlayn idxal/ixrac krediti" xidmətini təklif edəcək. Bu xidmət idxal-ixrac ticarət dövriyyəsinin stimullaşdırılmasına, Azərbaycan və MDB ölkələri və şirkətləri arasında beynəlxalq ticarət həcminin artmasını təmin edəcək.
Bizim platforma avadanlıq, texnika və maşınların satışını lizinq yolu ilə maliyyələşdirən lizinq şirkətləri ilə əməkdaşlıq edəcək. Bu məqsədlə "Elektron lizinq" onlayn xidmətinin tətbiqi və genişlənməsi planlaşdırılır. Bu xidmət, sənayə və istehsalat müəssisələrə daha tez və çevik şəkildə lizinq şirkətləri vasitəsilə avadanlıq və texnika əldə etmək imkanı yaradacaq.
Kiçik və orta biznesin, fərdi biznes qurmaq istəyən vətəndaşların kreditləşdirilməsi üçün bank və qeyri-bank qurumları ilə birgə yeni "Onlayn biznes kredit" onlayn servisi təqdim ediləcək.