B2BASK.AZ - Azərbaycanda ilk milli və beynəlxalq elektron ticarət В2В platforması olaraq, yerli və xarici şirkət və sahibkarların sənayə və texniki məhsullarını yerli və MDB ölkələrinin bazarlarında onlayn tanıtımı və satışına hərtərəfli dəstək göstərmək, alıcı və partnyor, təchizatçı və diler tapmaqda kömək etmək üçün yaradılıb. Pandemiya və sərt karantin şəraitində, Biz yerli və xarici idxalçılara və ixracatçılara, istehsalçılara dəstək göstərmək niyyətindəyik.
Bizim əsas strategiyamız: 1) Məhsul və şirkət haqqında məlumatın platformada yerləşdirilməsi və bazar iştirakçılarına ötürülməsi; 2) Yerləşdirilən məhsulların reklamı və tanıtımı; 3) Onlayn və offlayn satışların həyata keçirilməsi.
Heç kim məhsulu görmədən, məhsul və onu istehsal edən şirkət haqqında məlumat əldə etmədən - bu məhsulu almaqda maraqlı deyil. Şirkətiniz və məhsullarınız haqqında məlumatı biz bu platforma vasitəsilə yüz minlərlə digər şirkət və sahibkarlara, potensial alıcılara və istehlakçılara çatdırırıq. Sizi və məhsullarınızı tanıtmaq üçün - bizim platformada təmsil olunmanız - zamanın tələbidir. Məhsulunuzu tanıtmaq və satmaq - bizim ən vacib vəzifəmizdir.
Bizim əsas prinsipimiz: "Bizimlə əməkdaşlıq qurub - daha çox inkişaf edərək, daha çox qazanın". Vahid satış məkanında - bizimlə birgə olmağınızdan məmnunluq hissi duyuruq.
İstənilən yerli və xarici şirkət və sahibkar öz məhsullarını bizim platfromada yerləşdirə bilər. Bunun üçün bizim əməkdaşlıq şərtləri ilə tanış olmaq, onları qəbul etmək və əməkdaşlıq müqaviləsi bağlamaq kifayətdir. Müqavilə offlayn və onlayn qaydada bağlana bilinər.
Biz, yerli və xarici şirkət və sahibkarları fəal şəkildə əməkdaşlığa dəvət edərək, onlara məhsullarının platformada yerləşdirilməsi üçün bir neçə əlverişli paket təqdim edirik. Biz, hər biriniz inkişafında maraqlıyıq. Milli və xarici bazarlara çıxış imkanlarından daha çox faydalanın və tanının. İlk milli onlayn ticarət platforması - həmişə Sizin xidmətinizdədir !
Bizimlə əməkdaşlıq etmək və məhsullarını platformada yerləşdirmək istəyən yerli və xarici şirkət və sahibkarlar +99455 618 22 05 (Whatsapp) nömrəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər. Öz təklif və istəklərinizi bizə export.import.baku@gmail.com elektron poçtu, "Əks əlaqə forması" və ya Whatsapp-la göndərə bilərsiniz.