FABKİM DEKOR-081 - Quru inşaat qarışıqları - Suvaqlar
2-3 mm qalınlığında "qabıqqurdu izi" strukturlu dekorativ suvaqdır.RƏNGİ: təbii boz rəng | |
MƏHSUL HAQQINDA: FABKİM DEKOR-081 tərkibində mineral bağlayıcılar, mineral dolğular və xüsusi modifikatorlar olan qabıqqurdu izi görünüşlü quru mineral suvaq qarışımıdır. |
|
XÜSUSİYYƏTLƏRİ: Aşağı həcm qalınlığı olduğu üçün ekonomikdir, ekoloji təmizdir, istifadəsi rahatdır, yüksək yapışma və buxar keçirmə xüsusiyyətinə malikdir, yanmazdır. Yağışa, nəmə, günəş şüalarına və kəskin hava şəraitinə dözümlüdür. Quruduqdan sonra yüksək su və şaxta keçirməzlik özəlliyi ilə seçilir. |
|
TƏTBİQİ: Daxili və xarici səthlər üçün əl ilə tətbiq edilən, hamar və möhkəm mineral astar suvaq, alçıpan və fiberalçı plitələr üzərinə, eləcə də FABKİM istilik izolyasıyası sistemində möhkəmlətmə qatı olaraq istifadə edilən mineral strukturlu suvaqdır. Tərkibindəki xüsusi mineral dolğu maddəsi cizgili fakturanın ("qabıqqurdu izi") əldə olunmasına imkan verir. Duzlaşmış səthlərdə, eləcə də plastik və taxta səthlərdə istifadə edilə bilməz. FABKİM DEKOR-081 metal mala ilə adi qalınlıqda səthə çəkilir, sonra plastik mala ilə şəkil verilir. Üzərini istənilər rəngdə emulsiya ilə boyamaq olar. |
|
SƏRFİYYAT: ≈ 2.5 kq/m2 |
|
SAXLANMA MÜDDƏTİ: Quru yerdə palet üzərində, nəmdən və birbaşa günəş şüalarından qorumaq şərti ilə 12 ay saxlanıla bilər. |