Şirkətlər kataloqu

Hörmətli sahibkarlar və şirkət rəhbərləri!

Bu səhifədə  yerli və xarici şirkətlər özləri və məhsulları haqqında geniş məlumat yerləşdirə bilərlər.  Burada Siz şirkətiniz və onun fəaliyyəti haqqında məlumat, logo və ticarət markanızı, məhsullar və çeşid haqqında ümumi məlumat, rəhbər şəxslərin və əməkdaşların kontaktlarını, digər məlumatları (sayt, telefon, email, ünvan) yerləşdirə bilərsiniz.

Məlumat yerləşdirmək üçün bizə zəng edin +99450 4755728 və ya  "Əks əlaqə" forması"  vasitəsilə yazın

cb7dfc36-9682-40f7-975b-9092029f220a

BİZNES KATALOQUN ÜSTÜNLÜKLƏRİ VƏ İMKANLARI

Kataloqun çap və elektron versiyası: 2024-ci ilin yanvar ayından başlayaraq Azərbaycanın ilk Milli Biznes Kataloqunun hazırlanması ilə bağlı şirkət və sahibkarlar ilə görüşlər keçiriləcək. Kataloqda 1000-dən çox şirkət haqqında məlumatın yerləşdirilməsi və 10.000 nüsxədə çap olunması planlaşdırılır. Bundan əlavə kataloqun 50.000 elektron nüsxəsi (PDF formatında) yerli və xarici şirkətlərə göndəriləcək. Kataloqun elektron versiyası 2 dildə hazırlanacaq (azərbaycan və ingilis). Kataloq satış aqentiniz olaraq ilin 365 günü şirkətinizi, məhsullarınızı və xidmətlərinizi yerli və xarici bazarlarda tanıdacaq və satışlarınıza dəstək olacaq.

Masaüstü biznes bələdçiniz: Kataloqun çap versiya hər bir şirkət direktorunun, marketinq, satış, idxal/ixrac və təchizat şöbə müdirlərinin masası üstündə olacaq və onları faydalı məlumat ilə təmin edəcək. Kataloq vasitəsilə yerli və xarici şirkətlər Azərbaycanda məhsullar və xidmətlər, distribyutor və tərəfdaşlar axtaracaqlar. Elektron kataloq vasitəsilə sizin şirkətiniz, məhsullarınız və xidmətləriniz haqqında məlumatlar yüz minlərlə yerli və xarici şirkətlərə çatdırılacaq. Yerli və xarici müştəri bazanız genişlənəcək.

Xidmətlərimizə qoşulan şirkətlər əlavə üzvlük haqqı ödəmədən Beynəlxalq klubumuzun üzvü olaraq digər imkanlardanda faydalanacaqlar.

Reklam və tanıtım üçün sərfəli tariflər: Milli Biznes Kataloqunda şirkətiniz, məhsullarınız və xidmətləriniz haqqında məlumat və reklam yerləşdirmək üçün minimal illik ödəniş 120 AZN-dən başlayır. Sərfəli qiymətlər hər bir şirkət və sahibkarın inkişafı və tanıtımı üçün yeni imkanlar yaradacaq. Siz, illik xidmət haqqını hissə-hissə 2 və ya 3 dəfəyə ödəyə bilərsiniz. Yeni müştərilər tapmaq və ön səhifələrdə yer almaq üçün qeydiyyadan keçin ki, yüz minlərlə şirkət sizi tanısın.

Rəqiblərinizdən heç bir halda geri qalmayın: Rəqiblərinizdən on addım irəlidə və daha çevik olmaq üçün kataloqda öz yerinizi tutun, tanının və satın. Unutmayın ki, yerli və xarici alıcılar və sifarişçilər sizi kataloqda axtaracaqlar. Kataloqda yer tutmağınız - şirkətinizin ciddi və etibarlı olması deməkdir. Rəqiblərinizin bu kataloqda yer alması, sizin isə olmamağınız, yeni müştərilərin cəlb edilməsi və biznesinizin inkişafı üçün mənfi təsir göstərə bilər.

Minimal xərclə davamlı tanıtım: Müxtəlif sərgilərdə 3 günlük iştirak üçün şirkətiniz ən azı 5.000-10.000 AZN ödəyir. Telekanallarda 1-2 dəqiqəlik reklam yayımlamaq on minlərlə xərc tələb edir. Milli Biznes Kataloqu ilin 365 günü, günün 24 saatı dayanmadan şirkətinizi və məhsullarınızı yerli və xarici bazarlarda tanıdacaq. Marketinq və satış şöbəniz və əməkdaşlarınız istirahət edən günlərdə (şənbə və bazar, bayramlar) və saatlarda (saat 18.00-dan sonra) kataloq reklam və tanıtımınızı davam edəcək. Bir əməkdaşınızın bir aylıq əmək haqqı həcmində bir illik xidmət haqqı ödəyərək, yorulmayan və daimi işləyən satış mexanizmi və aqenti əldə edirsiniz.