Əsas / Tikinti materialları (174) / Boyalar (42) / Boyalar - MEGA boyalar - FAB MEGA ASTAR

Boyalar - MEGA boyalar - FAB MEGA ASTAR

Рейтинг:
(0 голосов)

Boyalar - MEGA boyalar - FAB MEGA ASTAR

Artikul:
FB0016
Yeni
Рейтинг:
(0 голосов)

Boyalar - MEGA boyalar - FAB MEGA ASTAR

Artikul:
FB0016
Qiymət soruş
Количество:
Qiymət soruş
Parametrlər
İstehsalçı
Satıçı:
AZƏRBAYCAN
Çəki:
20 KG

MƏHSUL HAQQINDA:

Akrilik kopolimer əsaslı, silikonlu, yüksək yapışma gücünə malik, örtücü, iç cəbhə və fasadlarda istifadə olunan astardır

XÜSUSİYYƏTLƏRİ:

MEGA ASTAR qoxusuzdur, ekoloji təmizdir, ətraf mühitin dostudur. Atmosfer şəraitinə davamlıdır. Səth üzərində qat yaradaraq boya sərfiyyatını azaldır. MEGALÜKS və MEGAİPƏK parlaq emulsiyalarının parlaqlığını artırmaq üçün istifadə olunması məsləhətdir

TƏTBİQİ:

MEGAASTAR tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP, eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Suvaqlanmış fasadlarda daha yaxşı nəticə əldə etmək üçün səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli və səthə FAB AKRİLİK MƏCUN tətbiq edilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Suvaqlanmış iç cəbhələrdə daha yaxşı nəticə əldə etmək üçün səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. MEGAASTAR maksimum 10% su ilə həll edilib 1 qat halında DEKOR EXPORT RULO, firça və ya püskürtmə vasitəsi ilə səthə tətbiq olunur. Astarın tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır

QURUMA VAXTI:

(25°C, 65% nisbi rütubət): Toxunma quruma 1 saat, 5-6 saat sonra üzərinə boya tətbiq etmək olar. Tam quruma 24 saatdır

SƏRFİYYAT:

Səthin düzgünlüyünə və əmiciliyinə əsasən tək qatda 1 kq MEGA ASTAR ilə 8-10 m² (100-110µ yaş film qalınlığında, 10% incəldilmiş boya ilə) sahə astarlanır

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +5C ilə+30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma olması həddindən artıq soyuq və ya çox isti şəraitdə saxlanıldığını göstərir. Səthə həddindən artıq qalın astar çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa astarın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Astar çəkilərkən səth çox isti olduqda və ya hava küləkli olduqda səthdə incə çatlar əmələ gəlir. Günəş işıqlarının birbaşa düşdüyü divarlara çəkilərsə, astar tez quruduğundan yapışmağı zəif olur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR
Məhsul bu kateqoriyalardadı
Satıçı:
AZƏRBAYCAN
Çəki:
20 KG
Rəyinizi bildirin
Vacib xanaları doldurun *.

Geriyə