Əsas / Tikinti materialları (174) / Boyalar (42) / Boyalar - MEGA boyalar - FAB MEGA LÜKS

Boyalar - MEGA boyalar - FAB MEGA LÜKS

Рейтинг:
(0 голосов)

Boyalar - MEGA boyalar - FAB MEGA LÜKS

Artikul:
FB0017
Yeni
Рейтинг:
(0 голосов)

Boyalar - MEGA boyalar - FAB MEGA LÜKS

Artikul:
FB0017
Qiymət soruş
Количество:
Qiymət soruş
Parametrlər
İstehsalçı
Satıçı:
AZƏRBAYCAN
Çəki:
20 KG
Akrilik kopolimer əsaslı, parlaq görünüşlü, yüksək yapışma gücünə və örtücülüyə malik, dəfələrlə silinə və yuyula bilən, çöl şəraitinə, günəş şüalarına və suya qarşı davamlı, asan tətbiq edilən, sərt, yüksək keyfiyyətli dekorativ son qat fasad boyasıdır

MƏHSUL HAQQINDA:

Akrilik kopolimer əsaslı, parlaq görünüşlü, yüksək yapışma gücünə və örtücülüyə malik, dəfələrlə silinə və yuyula bilən, çöl şəraitinə, günəş şüalarına və suya qarşı davamlı, asan tətbiq edilən, sərt, yüksək keyfiyyətli dekorativ son qat fasad boyasıdır

XÜSUSİYYƏTLƏRİ:

MEGALÜKS hər növ səthə yüksək yapışma və örtmə qabiliyyəti olan, çatlamayan və tökülməyən, yüksək keyfiyyətli, su ilə dəfələrlə silinməyə və yuyulmaya davamlı, parlaq fasad boyasıdır. Zərbə və cızılmalara qarşı dözümlüdür. Hər fəsil asanlıqla tətbiq oluna bilər. Ekoloji təmizdir, qoxusu yoxdur, ətraf mühitin dostudur

TƏTBİQİ:

MEGALÜKS binaların fasadlarında, daha əvvəl sintetik və ya su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya akrilik məcun istifadə edilmiş hər növ səthdə parlaq son qat boya olaraq istifadə edilə bilər. MEGALÜKS tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP , eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Suvaqlanmış səthlərdə, daha yaxşı nəticə əldə etmək üçün səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli və səthə FAB AKRİLİK MƏCUN tətbiq edilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Əvvəlcəden sintetik boya və ya emulsiya ilə boyanmış səthlər sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) FAB AKRİLİK MACUN ilə təmir edilməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FAB BİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, daha yaxşı səth almaq üçün 1 qat MEGA ASTAR tətbiq edilməsi məsləhətdir. MEGA ASTAR tam quruduqdan sonra (ən az 5-6 saat), MEGALÜKS (450) 15-20% su ilə həll edilib 2 qat olaraq DEKOR EXPORT RULO, fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Daha parlaq səth əldə etmək üçün 3-cü qat tətbiq ediləbilər. Püskürtmə ilə tətbiq edildikdə, rolikə nisbətən, daha yaxşı nəticə əldə etmək olar. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır

İNCƏLDİLMƏSİ:

15-20% su ilə həll edilməlidir

QURUMA VAXTI:

(20°C/65%nisbi rütubətdə): Toxunma quruma 1 saat, qatlar arası 5-6 saat, tam quruma 24 saatdır

SƏRFİYYAT:

Səthin düzgünlüyündən və tətbiq etmə qalınlığından asılı olaraq tək qatda 1 kq. MEGA LÜKS ilə 9-12 m² (100-120 µ film qalınlığında, 15-20% incəldilmiş boya ilə) sahə boyanır

QEYD:

Tətbiq ediləcək səthin və məkanın temperaturu +5°C ilə +30°C arası olmalıdır

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +30°C arasıdır (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə)

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa həddən artıq soyuq və ya isti şəraitdə saxlanıldığını göstərir. Su bazlı boya ilə boyanmış səthlərdə kiflənmə əmələ gəlməsinin səbəbi ətrafda həddən artıq nəmin olması, divarların çöldən, tavandan və ya təməldən su alması, divarlarda istilik və su izolyasiyasının zəif olmasıdır. Akrilik boyaların tətbiqində müşahidə edilən incə çatlamaların səbəbi boyanın həddən artıq qalın çəkilməsi, səthin boyanarkən isti olması, havanın küləkli olması, hazır boyanın tərkibinə sonradan kalsit kimi dolğu maddəsinin əlavə edilməsi, astardan həddən artıq istifadə edilməsidir. Səthə həddindən artıq qalın boya çəkdikdə və ya normadan artıq həlledicidən istifadə etdikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Səth həddən artıq kirli olarsa və ya boya yetərincə həll edilməzsə boyanın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Günəş işıqlarının birbaşa düşdüyü divarlara boya çəkilərsə, boya tez quruduğundan yapışması zəif olar. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz probleminizlə yaxından maraqlana bilərsiniz

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR
Məhsul bu kateqoriyalardadı
Satıçı:
AZƏRBAYCAN
Çəki:
20 KG
Rəyinizi bildirin
Vacib xanaları doldurun *.
Son baxılanlar

Geriyə