Əsas / Tikinti materialları (174) / Quru inşaat qarışıqları (7) / FABKİM- Quru inşaat qarışıqları - Kafel və keramika yapışdırıcıları - FABKİM FLEX PORSELEN

FABKİM- Quru inşaat qarışıqları - Kafel və keramika yapışdırıcıları - FABKİM FLEX PORSELEN

Рейтинг:
(0 голосов)

FABKİM- Quru inşaat qarışıqları - Kafel və keramika yapışdırıcıları - FABKİM FLEX PORSELEN

Artikul:
FB0030
Xüsusi təklif
Рейтинг:
(0 голосов)

FABKİM- Quru inşaat qarışıqları - Kafel və keramika yapışdırıcıları - FABKİM FLEX PORSELEN

Artikul:
FB0030
Qiymət soruş
Количество:
Qiymət soruş
Parametrlər
İstehsalçı
Satıçı:
AZƏRBAYCAN
Çəki:
25 KG
ELASTİK FARFOR (PORSELEN) PLİTƏ YAPIŞDIRICISI

MƏHSUL HAQQINDA:

Sement əsaslı, temperatur dəyişmələrinə, suya və dona dayanıqlı, yüksək yapışma özəlliyinə malik, normal sərtləşən elastik kafel və keramika yapışdırıcısı. Keramik plitə (divar keramikası, yer plitələri, qranit, farfor(porselen) və bu kimi), təbii daş və mozaikaların yapışdırılmasında mükəmməl nəticə verir.

TƏTBİQ SAHƏSİ:

FABKIM FLEX PORSELEN sement əsaslı iç və çöl məkanların vertikal və horizontal zəminlərində yer və divarda keramik plitə (divar keramikası, yer plitələri, qranit, farfor (porselen) və bu kimi), təbii daş və mozaikaların yapışdırılmasında istifadə edilir. FABKIM FLEX PORSELEN istifadə olunacaq zəmin quru, təmiz, hamar, möhkəm olmalı, toz, boya və yağdan təmizlənməlidir.

TƏTBİQİ:

6,5-7,5 litr təmiz suyu 25kq. FABKIM FLEX PORSELEN (26-30%) ilə quru məhsulun qalıqlarının və qabarcıqların əmələ gəlməsinin qarşısını alaraq tək məhlul halına gələnədək qarışdırılmalıdır. Qarışığı 5 dəqiqə dinləndirmək gərəkdir. Daha sonra təkrar qarışdırılaraq istifadə edilməlidir. İstifadə müddəti: Qarışıq hazırlandıqdan sonra 3 saat ərzində istifadə olunmalıdır. Qarışıq çəkilmiş yerin açıq qalma müddəti: zəminin dərəcəsi 23ºC +/-5ºC otaq temperaturunda, rütubət 50% olmaqla 30 dəqiqəyədək açıq qala bilər. Açıq qalma vaxtı iş görülən məkanın və zəminin temperaturuna və rütubətliyinə görə dəyişə bilər. İstifadə: istifadə olunacaq yerin temperaturu +5ºC ilə +35ºC arası olmalıdır. FABKIM FLEX PORSELEN mala ilə səthə çəkildikdən sonra plitənin ölçüsünə uyğun olan dişli daraq ilə daraqlanmalıdır. Plitəni zəminə yerləşdirin və rezin uclu çəkic ilə ehmalca döyəcləyərək yerinə otuzdurun. İç və çöl məkanın vertikal və horizontal zəminlərində 33x33 sm-dən böyük plitələrin yapışdırılması üçün həm plitəyə həm də zəminə qarışıq çəkilməlidir (ikitərəfli yapışdırılma). 30x60 və daha böyük ölçülü plitələrin yapışdırılmasında qarışım suyuna FABKIM LATEX əlavə edilməlidir Məlumat üçün istehsalçı firma ilə əlaqə saxlayın. Yüksək su əmiciliyə malik səthlərdə astar olaraq FABKIM FILM istifadə edin. Dərz dolğu işlərinə plitəni yapışdırdıqdan 24 saat sonra başlaya bilərsiniz (23ºC zəmin və otaq temperaturunda).

SƏRFİYYAT:

Döşənəcək plitələrin ölçüsü və zəmindən asılı olaraq dəyişir. 1m2 üçün toz məhsulun sərfiyyatı (kq/m2): Daraq ölçüsü: U6 U9 E10 6X6X6 9X9X9 8x10x20 Tək tərəfli yapışdırma: 3-4 4-5 6-8 İkitərəfli yapışdırma: 5-6 6-8 7-9

QEYD:

Açıq məkanlarda işlərkən həddindən artıq günəş şüalarının və ya küləyin olduğu yerlərdə işləməyin. Qarışığa həddindən artıq su əlavə etməyin. Əlavə malumatı texniki kataloqdan ala bilərsiniz.

SAXLANMA MÜDDƏTİ:

Quru yerdə ağzı açılmamış halda 1 il.

XƏBƏRDARLIQ:

DİQQƏT: açıq məkanlarda işlərkən həddindən artıq günəş şüalarının və ya küləyin olduğu yerlərdə işləməyin. Qarışığa həddindən artıq su əlavə etməyin. Əlavə malumatı texniki kataloqdan ala bilərsiniz.

Məhsul bu kateqoriyalardadı
Satıçı:
AZƏRBAYCAN
Çəki:
25 KG
Rəyinizi bildirin
Vacib xanaları doldurun *.
Son baxılanlar

Geriyə