Əsas / Tikinti materialları (174) / Yapışdırıcılar (8) / PVA əsaslı yapışdırıcılar - FAB PARKET VƏ TAXTA YAPIŞDIRICISI

PVA əsaslı yapışdırıcılar - FAB PARKET VƏ TAXTA YAPIŞDIRICISI

Рейтинг:
(0 голосов)

PVA əsaslı yapışdırıcılar - FAB PARKET VƏ TAXTA YAPIŞDIRICISI

Artikul:
FB0022
Рейтинг:
(0 голосов)

PVA əsaslı yapışdırıcılar - FAB PARKET VƏ TAXTA YAPIŞDIRICISI

Artikul:
FB0022
Qiymət soruş
Количество:
Qiymət soruş
Parametrlər
İstehsalçı
Satıçı:
AZƏRBAYCAN
Çəki:
850 QR

MƏHSUL HAQQINDA:

Polivinil spirt əsaslı, yüksək yapışma gücünə malik, qoxusuz, şəffaf yapışdırıcıdır.

TƏTBİQ SAHƏSİ:

FAB PARKET VƏ TAXTA YAPIŞDIRICISI hər növ taxta, kağız, karton yapışdırılmasında, mebel istehsalında istifadə olunur. Xüsusilə parketlərin beton üzərinə yapışdırılması üçün idealdır.

TƏTBİQİ:

FAB PARKET VƏ TAXTA YAPIŞDIRICISI tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənməlidir. Yapışdırıcı tətbiq olunacaq səthin kənarlarından daşacaq miqdarda sürtülməli, daşan hissələr dərhal nəmli bezlə silinməli, bir az gözlədikdən sonra yapışdırılmalıdır. Tətbiq edildikdən maksimum 10 dəqiqə sonra yapışdırma işi görülməlidir. Hər istifadədən sonra qutunun ağzı tam bağlanılmalıdır. İstifadədən sonra alətlər su ilə təmizlənə bilər.

İNCƏLDİLMƏSİ:

İstifadəyə hazırdır.

QURUMA VAXTI:

(20°C, 65% nisbi rütubətdə): 30 dəqiqə ilə 2 saat arasıdır.

SƏRFİYYAT:

Tətbiq edilən təbəqənin qalınlığından və səthin növündən asılı olaraq 150-250 qr/m2.

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +10°C ilə+30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +5°C ilə +30°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin və kölgəli yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

R 22 Udulması sağlığa zərərlidir. S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 24/25 Göz və dəri ilə təmas etdirməyin. S 46 Udulduqda dərhal həkimə müraciət edin, qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə və ya ayrışma varsa, həddindən artıq soyuq və ya çox isti şəraitdə saxlanıldığını göstərir. Səth həddən artıq çirkli olarsa, materialın yapışmayaraq səthdən qopması və ya soyulması müşahidə olunur. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət edin.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.
Məhsul bu kateqoriyalardadı
Satıçı:
AZƏRBAYCAN
Çəki:
850 QR
Rəyinizi bildirin
Vacib xanaları doldurun *.

Geriyə